Azerbaijan Youth Film Festival 2017 Announcement (AGFF 2017 ili üçün elan)

1/6
Please reload

Featured Posts

AYFF Müsahibələri: İlkin Umarovla Söhbət

January 4, 2017

Növbəti keçiriləcək film festivalımıza qədər biz Azərbaycanın bir neçə gənc və istedadlı kinorejissorlarını sizə təqdim edəcəyik. İlk müsahibimiz İlkin Umarovdur. İlkin ilk dəfə bizim birinci festivala Şəkidən qoşularaq birinci yeri qazanmışdı, ondan sonra o bizim komandaya təşviqatçı və təlimçi kimi qoşuldu. Bu il isə o həmçinin kinorejissorluqla paralel olaraq musiqiçi kimi də karyerasını davam etdirməyə başladı. 

 Ilkin Umarov

 

 

İlk filminiz hansı olub, və sizi bu filmi çəkməyə nə ilhamlandırıb?

 

- İlk filmim, 3 gün adlı qısa film olub. The Lord of War filmini izlədikdən sonra film çəkmək arzusuna düşşəm.

 

3 gün

 

Ən xoşladığınız film hansıdır?

 

- Ən çox xoşladığım film yoxdur. Film kimi möhtəşəm bir serial var. BBC kanalında yayımlanan SHERLOCK.

 

Özünüzü necə motivasiya edirsiz? Öz film ideyalarınızı necə yaradır və həyata keçirirsiz?

 

- İdeyalarım digər filmlərdən vəya musiqilərdən yaranır.

 

Nə vaxtsa film çəkmək prosesində uğursuzluq yaşamısınızmı və bunu necə dəf edə bilmisiz?

 

- Uğursuzluqlar çox olub. Hər hansı bir prosesdə uğursuzluq olubsa, o prossesi digəri ilə əvəz etmişəm.

 

Hansı janrda film çəkməyi sevirsiz, nəyə görə məhz o janr?

 

- Psixoloji və Fəlsəfi. Hər ikisində də filmin dəyərləndirməsini izləyiciyə buraxıram. Bunun sayəsində filmdə həm bir çox janr yaranır, həmdə maraqlı bir iş ərsəyə gəlir.

 

Cinayət və Cəza

 

Sizcə yaxşı filmi yaxşı edən nədir?

 

- Bir filmi yaxşı edən, onun rejissorudur. Ən pis ssenarini belə, möhtəşəmcəsinə çəkmək mümkündür.

 

Filmlərinizdə olan komanda (aktyorlar, rejissorlar və s.) necə işləyir? Onlar bir-birinə necə təsir edirlər?

 

- Əvvəllərlə müqayisədə artıq çox az. Bir çox aktyor və işçi heyyəti gün keçdikcə bu işin maraqsız olduğu qənaətindədir.

 

QUMARBAZ

 

Filmlər bizə dünya haqqında nə öyrədirlər və dünyanı necə dəyişə bilərlər?

 

- Filmlər, ən əsası da Hollywood filmləri, müəyyən bir idealogiyanı tətbiq edirlər. Elmi janrda çəkilmiş bir film belə, bizə o elm haqqında heç nə öyrətmir. Əksinə, sadə rakurslarla bizə sadə şeylərin nə qədər cəlb edici olduğunu göstərirlər. Filmlər nəsə öyrənmək üçün yox, nələrisə anlamaq üçün var.

 

Azərbaycanda film inkişafı necə gedir?

 

- Çox pis. Və illər ötdükcə də bu belə davam edəcək. Azərbaycan yeganə ölkədir ki, film sektoruna zirvədə başlayıb və enməyə doğru gedir.

 

Oxumaq Qadağandır

 

Azərbaycanda yenicə başlayan film çəkənlərə nə kimi məsləhətiniz var?

 

- Məsləhətim odur ki, qısa film çəkmək üçün ideya və komanda bəsdir. Düzgün komanda sizə ən yaxşı filmləri çəkməyə bəs edər.  Ama çoxlu pulunuz olmadıqca tammetrajlı film çəkməyə həvəs etməsinlər. Bu ölkə onlara sandıqları qədər kömək deyil. 

 

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
Please reload

Search By Tags
Please reload

Archive
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square